“Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova Tərtər rayonunda yaşayan şəhid ailələrini ziyarət edib.
QHT.az xəbər verir ki, Aprel döyüşləri şəhidi gizir Nicat İsgəndərov, 44 günlük Vətən müharibəsi şəhidləri gizir Aslan Hüseynov, baş çavuş Elvin Abbasov, kiçik çavuş Elnur Abbaslı, kiçik çavuş Yaqub Qəhrəmanlı, əsgər Şamil İsmayıllı, əsgər Aysənan Abbasov, əsgər Elman Məmmədov, əsgər Elnur Hüseynov, əsgər Ayşad Əzizov, əsgər Mirzə Hüseynov, həmçinin 2023-cü ilin Antiterror əməliyyatları şəhidi çavuş Allahverdi Səfiyevin ailələrini ziyarət edən Sevinc Orucova onların problemlərini dinləyib və hər zaman şəhid ailələrinin yanında olduğunu bildirib.