AZ

Suriya Türkiyədən hərbi dəstək istədi

Suriya rəhbərliyi müdafiə qabiliyyətini gücləndirmək və İŞİD başda olmaqla, bütün terror təşkilatları ilə mübarizə aparmaq üçün Türkiyədən rəsmi hərbi dəstək istəyib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu tələbə uyğun olaraq biz Suriyanın müdafiə qabiliyyətini artırmaq istiqamətində təlim, məsləhət və texniki dəstək vermək üçün işimizi davam etdiririk. Türkiyənin əsas məqsədi Suriyanın siyasi birliyini və ərazi bütövlüyünü dəstəkləmək və bölgədə davamlı sülhə nail olmaq üçün səylərə rəhbərlik etməkdir”, - deyə nazirlikdən verilən açıqlamada bildirilib.

Seçilən
80
9
axar.az

10Mənbələr