Azərbaycanı avrokuboklarda təmsil edəcək "Abşeron Lions" və "Neftçi" basketbol klublarının Avropa Kubokundakı rəqibləri bəlli olub.
Fanat.Az xəbər verir ki, müntəzəm mövsümün püşkatma mərasimi Almaniyanın Münhen şəhərində keçirilib.
Abşeron təmsilçisi ilkin təsnifat mərhələsində "Anortosis" (Kipr) ilə qarşlaşacaq. Bu cütün qalibi H qrupunda "Casademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) klubları ilə mübarizə aparacaq.
"Neftçi" isə I qrupunda "Kalev/Kramo" (Estoniya), "Bursaspor" (Türkiyə) və "Trefl" (Polşa) klubları ilə mücadilə edəcək.
Qeyd edək ki, "Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında 4-cü yeri tutubsa, "Neftçi" 2-ci olub.
Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda keçiriləcək. Müntəzəm mövsümün matçlarının tarixi isə daha sonra elan ediləcək.