PKK terror təşkilatının Suriya qolu olan YPG/SDG hazırda silahları təhvil verməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə terror təşkilatı məlumat yayıb.
Qeyd olunur ki, Suriyada vəziyyət gərgindir, zorakılıq çoxdur, İŞİD təhlükəsi var.
"Ona görə də bu şəraitdə silahları təhvil vermək mümkün deyil. Gələcəkdə Suriya ilə razılaşma olsa, uyğun şərait yaransa, Suriya ordusuna qoşula bilərik", - məlumatda deyilir.
Xatırladaq ki, Türkiyənin İmralı həbsxanasında cəza çəkən Abdulla Öcalanın mürciətindən sonra PKK-nın silahlı mübarizədən çəkilməsi prosesi başlayıb. Bu proses "Terrorsuz Türkiyə" adını alıb.