Bakı.Trend:
Binəqədi rayonunda quldurluq hadisəsi baş verib.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 22-də gecə saatlarında naməlum şəxslər 31yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək
onun 120 manatını və 2 ədəd mobil telefonunu ələ keçirib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlitörətməkdə şübhəli bilinən 3 nəfər- 22 yaşlı A.Mürsəlov, əvvəllərməhkum olunmuşlar 23 yaşlı P.İmanov və 33 yaşlı M.Mehdiyev müəyyənedilərək saxlanılıblar.
Araşdırma aparılır.