Hücumçu Evan Ferqyuson "Brayton"dan icarə əsasında "Roma"ya keçib.
Operativ Media xəbər verir ki, bu haqda İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
İcarə müddəti bir illikdir və satınalma opsiyonu müqaviləyə daxil edilib. 20 yaşlı niderlandlı "Roma" klubunda 11 nömrəli formanı geyinəcək.
İnsayder Fabrizio Romanonun fikrincə, hücumçunun alınması "Roma"ya 40 milyon avroya başa gələcək.
Ferqyuson 2024/25 mövsümünün ikinci yarısını “Vest Hem”də keçirib. Ümumilikdə futbolçu ötən mövsüm 23 oyun keçirib, 1 qol vurub.
"Transfermarkt" portalı futbolçunun dəyərini 25 milyon avro qiymətləndirir.