AZ

Çin ABŞ nin nüvə sirlərini sındırır

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, “Microsoft” şirkətinin yaydığı məlumat görə, sındırma zamanı NNSA-nın “SharePoint” sənəd paylaşma proqramındakı qüsurlardan istifadə olunub. “Kibertəhlükəsizlik üzrə ekspertlər artıq enerji, hökumət, təhsil və konsaltinq sənayesindəki 60 təşkilata məxsus 100-dən çox serverdə pozuntular aşkarlayıblar. Hakerlər həmçinin Avropadan Yaxın Şərqə qədər hökumət sistemlərini pozmaq üçün “SharePoint” proqramının zəifliyindən istifadə ediblər”, - Blooberg” agentliyi yazır. “Microsoft” şirkətinin bloq yazısında Çin hökumətinin dəstəklədiyi “Linen Typhoon” və “Violet Typhoon” qrupları tərəfindən həyata keçirilən hücumun öz şəbəkələrində “SharePoint”u işlədən müştərilərə təsir etdiyi bildirilir. Proqramdakı boşluqdan iyulun 7-də hücuma başlayan Çinin “Storm-2603” haker qrupu da yayarlanıb. Məsələ ilə yaxından tanış olan mənbə agentliyə açıqlamasında hədəfə alınan təşkilatlar arasında ABŞ-nin Energetika nazirliyinin strukturunda yer alana NNSA-nın da olduğunu təsdiqləyib. -NNSA digər məqamlarla yanaşı, nüvə silahlarının istehsalı, saxlanması, təmiri, daşınması və ləğvinə cavabdehdir. Qurum həmçinin ABŞ Hərbi Dəniz qüvvələrini (HDQ) sualtı qayıqlar üçün nüvə reaktorları ilə təmin edir və radioloji fövqəladə hallara cavabdehdir”, - məlumatda deyilir. Lakin “Bloomberg” agentliyinin mənbəsinin iddiasına görə, haker hücumu nəticəsində heç bir məxfi və ya konfidensial məlumat ələ keçirilməyib. ABŞ-nin Energetika nazirliyinin nümayəndəsi “SharePoint” proqramına əsaslanan müdaxilə cəhdlərinin agentliyə iyulun 18-də təsir göstərməyə başladığını, lakin nazirliyin təsirləri məhdudlaşdıran Microsoft “buludu”ndan istifadə etdiyini bildirib. ABŞ-nin Təhsil nazirliyinin, Florida ştatının Büdcə idarəsinin və Rod-Aylend qanunverici orqanının serverləri də sındırılıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
96
1
azvision.az

2Mənbələr