“Leypziq”in futbolçusu Xavi Simons karyerasını “Çelsi”də davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, London klubu oyunçunun xidmətində maraqlıdır. 22 yaşlı futbolçu özü də Premyer Liqada oynamağa müsbət yanaşır.
“Çelsi” artıq Almaniya klubu ilə danışıqlara başlayacaq.
Niderland millisinin üzvü ötən mövsüm Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.