AZ

"Bravo" müştərini aldadıb

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələri tərəfindən 2025-cü ilin yanvar - iyun ayları ərzində tərtib olunmuş inzibati xəta haqqında protokollara dair məlumat yayıb.

Teleqraf xidmətə istinadən xəbər verir ki, inzibati xəta haqqında protokol tətbiq edilmiş şirkətlərdən biri də ölkədə fəaliyyət göstərən supermarketlər şəbəkəsi "Bravo"nun sahibi “Azərbaycan Supermarket” MMC-dir.

Şəbəkədə ilin müxtəlif aylarında qida məhsulları müştərilərə üzərində göstərilmiş qiymətdən baha satılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 13-cü maddəsinin 1-ci bəndi, İnzibati Xətalar Məcəlləsinin 447.0.1 maddəsi pozulması ilə bağlıprotokol tərtib edilib.

Seçilən
97
teleqraf.com

1Mənbələr