AZ

"Zeytun" aptek dərmanı qiymətindən baha satıb

Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Zeytun Pharmaceuticals” MMC barəsində inzibati xəta protokolu tərtib edilib.

Bu barədə Teleqraf-a Agentlikdən məlumat verilib.

Bildirilib ki, şirkət dərman vasitəsini Tarif (qiymət) Şurası tərəfindən təsdiqlənmiş pərakəndə satış qiymətinin yuxarı həddindən baha qiymətə satıb.

Qeyd olunan fakt “Dərman vasitələri haqqında” Qanunun 4.7-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Seçilən
45
1
teleqraf.com

2Mənbələr