Bakı. Trend:
Dövlət Neft Fondunun (ARDNF) 2025-ci ilin iyulun 1-i tarixinəcəmi investisiya portfeli 66,5 milyard dollar təşkil edib.
Trend bubarədə ARDNF-yə istinadən xəbər verir.
Məlumata görə, hesabat dövrünə Fondun investisiya portfelininxarici valyutalar üzrə bölgüsünə əsasən vəsaitlərin 66,5%-ni ABŞdolları təşkil edir.
Vəsaitlərin 20,9%-ni avro, 5,1%-ni ingilis funt sterlinqi,2,4%-ni Çin yuanı, 1,4%-ni Yapon yeni, 3,7%-ni isə digər valyutalartəşkil edir.
Fondun ABŞ dolları portfelinin 19,1 milyard dollarlıq hissəsini(28,8%) qızıl investisiyaları təşkil edir.