AZ

Çində 6G sınaqdan keçirildi: 50 GB fayl cəmi 1,4 saniyəyə yükləndi

"China Mobile" şirkəti altıncı nəsil rabitə texnologiyası – 6G internet üzrə ilk eksperimental şəbəkənin sınaqdan keçirildiyini elan edib. 

Valyuta.az xəbər verir ki, bu barədə "MyDrivers" nəşri məlumat yayıb.

Şirkətin bildirdiyinə görə, hazırda 10 baza stansiyasını əhatə edən bu pilot infrastruktur tədqiqat məqsədi daşıyır və hələlik kommersiya istifadəsi üçün nəzərdə tutulmayıb.

Sınaqlar zamanı 280 Gbit/s-ə qədər məlumat ötürmə sürətinə nail olunub. Bu, 5G şəbəkələrinin nəzəri maksimum sürətindən 14 dəfədən çox yüksəkdir. Belə bir göstərici ilə 50 QB-lıq bir fayl cəmi 1,4 saniyəyə yüklənə bilər ki, bu da hazırkı ən sürətli naqilli texnologiyaları belə üstələyir.

"China Mobile" şirkətinin açıqlamasına əsasən, 6G texnologiyası ilə bağlı elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə yatırılan ümumi sərmayə 39,1 milyard yuan (təxminən 425,4 milyard rubl) təşkil edir. Şirkət, Çində dörd əsas milli elmi-texniki layihədə iştirak edir və on prioritet 6G texnologiyası üzrə strategiya hazırlayır.

Hazırkı planlara əsasən, Çində altıncı nəsil şəbəkələrin genişmiqyaslı tətbiqinə 2028-ci ildən başlanıla bilər.

Paşa Məmmədli
 

Seçilən
112
valyuta.az

1Mənbələr