Bakı.Trend:
24-25 iyul tarixlərində 126 və 554 nömrəli müntəzəm marşrutlarınhərəkət sxemi müvəqqəti dəyişdiriləcək.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumatyayıb.
Bildirilib ki, 24-25 iyul tarixlərində 126 və 554 nömrəlimüntəzəm marşrutların hərəkət sxemi üzrə yerləşən dəmir yolukeçidində (Puta-Abşeron mənzilinin tək yolu) aidiyyəti qurumtərəfindən aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyatvasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
"Məhdudiyyət səbəbindən 126 nömrəli marşrutun hərəkəti müvəqqətiolaraq Şonqar qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi –“Sədərək” ticarət mərkəzi, 554 nömrəli marşrutun hərəkəti isəGüzdək qəsəbəsi – Dəmir yolu keçidi və Dəmir yolu keçidi – Lökbatanqəsəbəsi istiqamətləri üzrə təşkil olunacaq", - qurumdan qeydolunub.