Aşk-ı Memnu’, ‘Muhteşem Yüzyıl’, ‘Ufak Tefek Cinayetler’, ‘7. Koğuştaki Mucize’, ‘Mahkum’ və ‘Mucize Doktor’ kimi məşhur layihələrdə rol alan türkiyəli aktrisa Hayal Köseoğlu, bu dəfə ekranlarda deyil, yay tətilində təqdim etdiyi məhsulla gündəmə gəlib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, ən son FOX TV-də yayımlanan "Hudutsuz Sevda" serialında Damla Leto obrazını canlandıran aktrisa, yay mövsümündə sosial şəbəkədə maraqlı bir təşəbbüslə çıxış edib.
"Telefon çətiri" sosial mediada viral oldu
Köseoğlu, sevgilisi Ersoy Nezir Çınarlı ilə istirahətdə olarkən "telefon şemsiyesi" adlandırdığı mini çətir məhsulunu izləyicilərinə təqdim edib. Bu məhsul, telefonları günəş şüalarından qorumaq məqsədi ilə dizayn olunub.
Aktrisanın bikinili şəkli ilə paylaşdığı məhsul qısa müddətdə Instagram və digər sosial platformalarda geniş marağa səbəb olub. Görünüşü ilə diqqət çəkən bu qeyri-adi məhsul izləyicilərdən qarışıq reaksiyalar alıb.
Tənqid dolu şərhlər
Məhsul sosial mediada tez bir zamanda minlərlə insana çatsa da, gələn şərhlərin bir çoxu alaycı tonda olub. Bəzi istifadəçilər belə şərhlər yazıb:
• "Mən belə mənasız təşəbbüs görməmişdim."
• "Elə indi alım ki, pulum boşa getsin."
• "Nə satır, tam anlaya bilmədim."
Bununla yanaşı, bəzi istifadəçilər isə ideyanı yaradıcı hesab edib və dəstəkləyici rəylər yazıblar.