AZ

“Yuventus” Nikolás Qonsaleslə yolları ayırmaq istəyir

“Yuventus” bu yay argentinalı vinger Nikolás Qonsaleslə vidalaşmağa hazırlaşır.

90deqiqe.Az-ın “Sky Sport”a istinadən verdiyi məlumata görə, futbolçu baş məşqçi İqor Tudorun gələcək planlarında yer almır və artıq klubun idman layihəsindən kənarlaşdırılıb.

Hazırda 26 yaşlı oyunçuya iki tanınmış Avropa klubu – İtaliyanın “İnter”i və İspaniyanın “Atletiko”su maraq göstərir. Lakin indiyə qədər bu klublardan heç biri ilə konkret danışıqlar aparılmayıb.

Qeyd edək ki, Qonsales “Yuventus”da cəmi bir mövsüm keçirmişdi. O, ötən yay “Fiorentina”dan 28 milyon avro dəyərində məcburi satınalma şərti ilə icarəyə götürülmüşdü. Hazırda “Transfermarkt” futbolçunun bazar dəyərini 24 milyon avro olaraq qiymətləndirir.

Seçilən
93
90deqiqe.az

1Mənbələr