Almaniya yığmasının və "Bavariya"nın sabiq üzvü Bastian Şvaynştayger həyat yoldaşı Ana İvanoviçdən ayrılıb.

Offsideplus.az xəbər verir ki, onlar 9 illik evliliklərini bitiriblər. Tərəflər fikir ayrılıqlarına görə bu qərarı verib.

Eyni zamanda ötən ay Almaniya mətbuatında Şvaynştaygerin başqa bir qadınla öpüşdüyü iddia edilmişdi.

Onların 3 uşağı var idi.

Əlavə edək ki, Ivanoviç də Şvanştayger kimi idmançıdır. O, professional şəkildə tennislə məşğul olub və 2008-ci ildə Rolan Qarrosda çempion olub.