AZ

Bu istirahət deyil, məsuliyyətsizlikdir – DİN-dən XƏBƏRDARLIQ - FOTO

Bu ilin birinci yarısında Orta Dəhliz vasitəsi ilə Azərbaycan ərazisi ilə 1 741 min ton tranzit yükləri daşınıb, bu da illik müqayisədə 7% artım deməkdir. “AZCON Holdinq”dən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (ASCO) tərəfindən quru yük gəmiləri ilə 666 min ton yük daşınıb, bu da illik müqayisədə 83% artıb.
Məlumata görə, ASCO-nun tanker gəmiləri ilə bu ilin birinci rübündə 2,2 mln ton yük daşınıb ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12% artım deməkdir. Bununla yanaşı, hesabat dövründə ASCO üzrə Xəzərdən kənar 684 min ton yük daşınıb ki, bu da ğtən ilin yanvar-iyun ayları ilə müqayisədə 208% çoxdur. Onu da qedy etmək lazımdır ki, hesabat dövründə Bakı Limanında 53 min TEU (20 futluq konteyner vahidi) konteyner daşınıb, bu da 2024-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 71% çoxdur.

phrase_var_article.chosen
6
avtosfer.az

1phrase_var_article.sources