Zaqatalada zəncirvari yol qəzası olub.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Zaqatala şəhəri Azərbaycan prospektində baş verib. Hərəkətdə olan üç minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alan olmayıb, avtomobillərə ciddi ziyan dəyib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.