AZ

Sallivan: ABŞ sursat üçün təcili müqavilə imzalamalıdır - ÖZƏL

ABŞ-nin milli təhlükəsizlik sahəsindəki illərlə davam edən arxayınlığı, xüsusilə də sursat istehsalı ilə bağlı laqeydliyi ölkəni çətin vəziyyətə salıb. Olaylar.az xəbər verir ki,  bu barədə Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Ceyk Sallivan "Axios" portalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-nin gələcəyini müəyyən edən kritik sahələrdə sənaye bazasının bərpasına dərhal diqqət yetirilməlidir. Sallivan hesab edir ki, bu məqsədlə administrasiya, mümkün qədər tez - hətta bu il ərzində - sursat tədarükü üzrə uzunmüddətli müqavilə imzalamalıdır.
"Bu cür müqavilələr müdafiə sənayesi şirkətlərinə müəssisə tikintisi və hərbi texnika, sursat istehsalı üçün böyük maliyyə yatırımlarının vacibliyinə dair inam verir", - deyə o vurğulayıb.
"Axios"un istinad etdiyi müdafiə proqram təminatı üzrə ixtisaslaşmış "Govini" şirkətinin məlumatına görə, Çinin müdafiə sektorunda üçillik modernizasiya proqramı və Rusiyada 2022-ci ildən bəri mərmi istehsalının beş dəfə artması ABŞ-dəkı vəziyyətlə kəskin ziddiyyət təşkil edir.
"İstehsal xətlərini dayandırdıqdan sonra onları yenidən işə salmaq olduqca çətindir", - deyə Sallivan əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
68
olaylar.az

1Mənbələr