Madrid “Real”ının hücumçusu Rodriqo komandadakı rolundan narazıdır və yay transfer pəncərəsində klubdan ayrılmaq istəyir.
90deqiqe.Az-ın məlumatına görə, braziliyalı futbolçu ilə klub prezidenti Florentino Peres arasında gərginlik yaranıb.
Yeni baş məşqçi Xabi Alonso altında Rodrigo əsas heyətdə çox az şans qazanır. Klublararası Dünya Çempionatında o, yalnız bir dəfə start heyətində yer alıb. Futbolçu ehtiyat oyunçular skamyasında oturmağa razı deyil.
“Real” rəhbərliyi isə Rodriqonun transferi üçün tələsmir və onun qiymətini 100 milyon avrodan aşağı salmaq istəmir. Transfermarkt portalı futbolçunun dəyərini 90 milyon avro göstərir.