AZ

Marko Yankoviç “Şelburn”la matçı buraxacaq - Səbəb

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın və Monteneqro milli komandasının mərkəz yarımmüdafiəçisi Marko Yankoviç zədələnib.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu zədə səbəbindən bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Dublin şəhərində keçiriləcək “Şelbrun”la (İrlandiya) qarşılaşmanı buraxmalı olacaq.

Belə ki, monteneqrolu yarımmüdafiəçi zədə səbəbindən səfər matçına aparılmayıb.

Qeyd edək ki, “Şelburn” – “Qarabağ” oyunu bu gün “Tolka Park”da baş tutacaq. Oyuna saat 22:45-də start veriləcək.

2022-ci ilin yayından Ağdam klubunun formasını geyinən 29 yaşlı Marko Yankoviçin “Qarabağ”dakı debütü 2022-ci il iyulun 5-də gerçəkləşib. O, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Lex”lə səfər matçında meydana çıxıb.

Yarımmüdafiəçi Ağdam klubunun heyətində indiyə kimi 127 oyuna çıxıb. O, bu oyunlarda 8 qol vurub, 15 məhsuldar ötürmə müəllifi olub.

Marko Yankoviç “Qarabağ”dan öncə “Partizan”, “Teleoptik”, “Beytar” (Yerusəlim), “Beoqrad”, SPAL, “Maribor”, “Hapoel” (Təl-Əviv), “Krotone” və “Olimpiakos” kimi klublarda da forma geyinib.

Marko 2016-cı ilin may ayında debüt etdiyi Monteneqro yığmasında 55 oyun keçirib, 1 qola imza atıb, 7 assistlə yadda qalıb.

Seçilən
129
arena.az

1Mənbələr