AZ

ABŞ Böyük Britaniyaya 250 milyon dollardan çox vəsait ayıracaq

Birləşmiş Ştatlar Böyük Britaniyada hərbi obyektlərin tikintisinə 250 milyon dollardan çox vəsait xərcləyəcək.

Bakues.az “USA Today”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələri büdcə sənədlərini yayımlayıb.

Sənədə görə, ABŞ Amerika nüvə silahlarının mümkün qaytarılması ilə əlaqədar Böyük Britaniyada iki hərbi obyektin tikintisinə 253 milyon dollar xərcləyəcək. Belə ki, Lakenheazdə 1979-cu ildə tikilmiş obyekti əvəz edəcək 104 milyon dollarlıq komanda məntəqəsi planlaşdırılır. Bundan əlavə, 149 milyon dollarlıq Müdafiəçi Əməliyyat Kompleksi tikiləcək.

Hər iki layihə nüvə silahından istifadə halında təhlükəsizliyi, nəzarəti və hazırlığı təmin etmək məqsədi daşıyan Zəmanət missiyasının bir hissəsidir. Komanda məntəqəsinə cavab, rabitə və fövqəladə halların idarə olunması mərkəzləri, eləcə də elektromaqnit müdaxiləsindən qorunma daxildir. İkinci obyektdə cəbbəxana, anbar, mühafizə və 22 sürətli cavab maşınından ibarət donanma yerləşəcək.

Təhlükəsizlik işçilərinin sayı 221 nəfər artaraq 575 nəfər olacaq.

Tikinti işlərinin 2031-ci ilə qədər başa çatdırılması planlaşdırılır.

Asim

Seçilən
96
icma.az

1Mənbələr