AZ

Qonşularımızın liqaları nə qədər dəyərlidir? SİYAHI

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Futbol sərhəd tanımayan idman növüdür.

Bu idman növünə olan maraq sərhəd, dil, din tanımır. Hansısa bir Avropa klubuna Afrikada və Amerikada azarkeşlik edən çox sayda insan var. Bu da ilk növbədə həmin komandanın mübarizə apardığı liqanın keyfiyyəti ilə bağlıdır. Liqa nə qədər keyfiyyətli olarsa, xaricdə də bir o qədər çox izləyicisi olar. 

Ötən dəfə türk ölkələrinin futbol liqalarının dəyərini araşdırmışdıq. Bu dəfə də Azərbaycanın qonşuların liqalarına nəzər salacağıq. Ölkəmiz Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanla quru sərhədinə malikdir. 

Bəs görəsən qonşularımızın əsas futbol liqalarının dəyəri nə qədərdir?

“Cebheinfo.az”-ın  bununla bağlı apardığı araşdırmanın nəticələri aşağıdakı kimidir:

Türkiyə Liqası – 1,10 milyard avro

Rusiya Liqası – 959,18 milyon avro

İran Liqası – 116,15 milyon avro

Azərbaycan Liqası – 91,90 milyon avro

Ermənistan Liqası – 43,40 milyon avro 

Gürcüstan Liqası – 35,52 milyon avro.

Elmir Mustafa

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
89
1
cebheinfo.az

2Mənbələr