AZ

Depozit portfelinin həcminə görə bankların renkinqi

Bakı. Trend:

Cari ilin iyun ayının sonuna Azərbaycanda fəaliyyət göstərənbankların depozit portfelinin həcmi açıqlanıb.

Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, depozit portfelinin həcmi ən yüksək olan bankAzərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın depozit portfelininhəcmi 9,477 milyard manat təşkil edib.

İkinci sırada 9,068 milyard manat depozit portfeli ilə "KapitalBank" dayanıb. Siyahının üçüncü pilləsində isə 6,708 milyard manatdepozit portfeli ilə "PAŞA Bank" qərarlaşıb.

Depozit portfelinin həcmi ən az olan bank isə "Bank Melli İran"Bakı filialı olub. Bankın depozit portfelinin həcmi 36,167 milyonmanat təşkil edib.

BanklarDepozit portfeli (Min manat)
1Kapital Bank9 477 352,00
2ABB9 068 190,42
3PAŞA Bank6 707 850,00
4Xalq Bank1 835 384,48
5Bank Respublika1 429 680,60
6UniBank1 245 193,46
7AzərTürk Bank1 144 650,00
8AccessBank1 066 909,00
9YeloBank948 384,92
10RabitəBank689 686,89
11Bank of Baku661 375,26
12ZiraatBank566 711,17
13Azərbaycan Sənaye Bankı490 693,03
14Turan Bank466 904,00
15YapıKrediBank392 989,10
16Premium Bank368 165,00
17Expressbank277 809,00
18BTB Bank144 623,59
19AFB Bank140 946,47
20VTB Bank140 385,00
21Bank Avrasiya53 377,09
22Bank Melli Iran36 167,60
Məqalədə:
Seçilən
109
az.trend.az

1Mənbələr