AZ

Azərbaycan taekvondoçusu Avropa Gənclər Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib

Azərbaycan taekvondoçusu Mehdi Budaqlı XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə qalib gəlib.

Bu barədə "Report"a Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionumuz ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib.

Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Taekvondoçumuzun 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.

Seçilən
17
1
report.az

9Mənbələr