AZ

İran növbəti hücum olacağı təqdirdə İsraili vuracaq – Pezeşkian

“Tehran növbəti dəfə İslam Respublikası ərazisinə hücum edəcəyi təqdirdə İsraildəki hədəflərə zərbələr endirməyə hazırdır”.

Bakues.az “İRNA”ya istinadən xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian deyib.

Onun sözlərinə görə, İran İsrailin istənilən hərbi hərəkətinə hazırdır:

“Qüvvələrimiz İsrail ərazisinə növbəti dəfə zərbə endirmək iqtidarındadır. Biz müharibə istəmirik və atəşkəsin daimi olmasını gözləyirik. İsrail bizim raket zərbələrimizin effektivliyi ilə bağlı istənilən söhbəti susdurur, lakin onun qarşıdurmaya son qoymaq tələbi çox şeydən xəbər verir”.

Asim

Seçilən
45
icma.az

1Mənbələr