AZ

Məşhur Hollivud ulduzu Brüs Uillisin xəstəliyi: Afaziya nədir və əlamətləri hansılardır?

Hollivud ulduzu Brüs Uillis uzun müddətdir afaziya və frontotemporal demensiya (FTD) ilə mübarizə aparır. Qızı Tallula atasının nitq, oxuma və yaddaş bacarıqlarını itirdiyini bildirib.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bu xəstəliklərin irəliləyici və müalicəsi olmayan nevroloji pozğunluqlar olduğunu vurğulayırlar.

Afaziya nədir?

Afaziya, beynin dil funksiyasına cavabdeh sahələrində zədələnmə nəticəsində yaranan nitq və ünsiyyət pozuntusudur. Adətən insult, kəllə-beyin travması, bəzən isə şiş və infeksiya səbəb olur.

Ən çox görülən əlamətlər:

Sözləri tapmaqda çətinlik

Yanlış və ya uyğun olmayan sözlərdən istifadə

Qısa və gərgin cümlələr (Broka afaziyası)

Səlis, lakin mənasız danışıq (Vernike afaziyası)

Sadə sual və əmrləri başa düşməkdə çətinlik

Oxuma və yazma qabiliyyətində zəiflik

Afaziyanın əsas növləri:

Broka afaziyası: Danışmaq çətindir, amma anlama nisbətən qorunur.

Vernike afaziyası: Nitq axıcıdır, lakin məna yoxdur, anlama zəifləyir.

Qlobal afaziya: Həm danışıq, həm də anlama ciddi şəkildə zədələnir.

Anomik afaziya: Söz tapmaqda, xüsusilə adları xatırlamaqda çətinlik yaranır.

Afaziya və ona bağlı digər nevroloji xəstəliklər fərdi və ailə üçün çətin bir prosesdir. Brüs Uillis-in vəziyyəti bu xəstəliyə diqqəti bir daha gündəmə gətirir. Erkən diaqnoz və uyğun terapiya bu xəstələrin həyat keyfiyyətini artırmağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

phrase_var_article.chosen
2
e-saglam.az

1phrase_var_article.sources