Sentyabrın 3-6-da keçiriləcək Şərq İqtisadi Forumunda Dövlət Şurasının energetika üzrə komissiyasının iclasının keçirilməsi planlaşdırılır.
Bakues.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Yakutiyanın rəhbəri Aisen Nikolaev məlumat verib.
O, bildirib ki, görüşün Kazanda keçirilməsi gözlənilir.
“Biz komissiyamızın iclasını ənənəvi olaraq Şərq İqtisadi Forumu zamanı planlaşdırırıq. Əminik ki, ölkəmizin energetika nazirliyi fəal iştirak edəcək. Çünki Uzaq Şərqdə enerji ilə bağlı məsələ milli enerji sektorunun inkişafı üçün əsas məsələlərdən biridir”, – Nikolaev qeyd edib.
Asim