ABŞ-ın Qrenlandiya üzərində nəzarəti ələ keçirməyə yönəlmiş hərəkətləri Vaşinqtonun təkcə Danimarka ilə deyil, bütün Avropa ilə əməkdaşlığına zərər verə bilər.
Publika.az "Wall Street Journal"a istinadən xəbər verir ki, bunu Danimarkanın keçmiş xarici işlər naziri Martin Lideqor deyib.
Bir çox avropalı rəsmilər xəbərdarlıq edir ki, Vaşinqtonun adaya nəzarəti ələ keçirmək üçün hər hansı birtərəfli addımı transatlantik alyansa son qoyacaq və Avropa ilə ABŞ arasında ticarətin qırılmasına gətirib çıxaracaq.
"Bu, görünməmiş addım olardı... Və əgər bu, qrenlandiyalıların iradəsinə zidd baş versəydi, təkcə Danimarka-Amerika münasibətlərinə deyil, həm də bütün Avropa-Amerika əməkdaşlığına böyük zərər verərdi", - deyə keçmiş rəhbər deyib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə bildirib ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. O, Çin və Rusiya da daxil olmaqla, milli təhlükəsizlik və “azad dünyanın” qorunması üçün onun strateji əhəmiyyətini vurğulayıb.