AZ

ABŞ səfiri: Ruslar vətəndaşlıqdan imtina etsin

Ajans.az xəbər verir ki, ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Rusiyadan emigrasiya edən şəxsləri xaricdə yaşayarkən problemlərdən yayınmaq üçün Rusiya vətəndaşlığından imtina etməyə çağırıb. Bu fikirlərini o, bloger Yuri Dud ilə müsahibəsində bildirib (Yuri Dud Rusiya Ədliyyə Nazirliyi tərəfindən “xarici agent” kimi tanınıb). “Biz – və şəxsən mən – istəyirik ki, hər bir rusiyalı emigrant öz vətəndaşlığından imtina etsin. Bir çox ruslar köçmək istəyir, amma rus pasportundan əl çəkmək istəmirlər. İkiqat vətəndaşlıq? Yox-yox-yox”, – deyə sabiq diplomat bildirib. Onun sözlərinə görə, ABŞ-a köçməyi düşünən şəxs qərar verməlidir ki, hansı ölkəyə – ABŞ-a, yoxsa Rusiyaya – sadiq qalmaq istəyir. Makfol hesab edir ki, hər iki ölkəyə eyni vaxtda sadiq olmaq mümkün deyil.

Daha əvvəl keçmiş səfir bəyan etmişdi ki, Ukraynadakı münaqişəni ABŞ-ın 2003-cü ildə İraqa müdaxiləsi ilə müqayisə etmək düzgün deyil. Onun fikrincə, Ukrayna nə qonşuları, nə də Rusiya üçün təhlükə yaratmırdı.

Seçilən
91
Ajans.az

1Mənbələr