AZ

Həkim şokoladın təhlükəsindən danışdı: piylənmə, təzyiq, diabet riski...

Dövlət Təhsil Universitetinin Təbiət Elmləri Fakültəsinin dekanı vəzifəsini icra edən bioloq İrina Lyalina bildirib ki, şokoladın tərkibindəki yüksək şəkər və kalori miqdarı sağlamlıq üçün ciddi risklər yarada bilər.

E-saglam.az xəbər verir ki, o, Lenta.ru-ya açıqlamasında bu məhsulun həddindən artıq istehlakının piylənmə, 2-ci tip diabet və diş çürüməsinə səbəb ola biləcəyini vurğulayıb.

Şokoladın tərkibindəki kofein və teobromin isə yuxusuzluq, yüksək təzyiq və ürək döyüntüsünün artması kimi təsirlər göstərə bilər. Bioloqun sözlərinə görə, bəzi insanlar kakao, süd və qoz-fındıq kimi komponentlərə allergik reaksiya verə bilər.

Lyalina ucuz və aşağı keyfiyyətli şokoladlara da diqqət çəkib. Onların tərkibində palma yağı, süni dadlandırıcılar və qatqılar ola bilər ki, bu da uzunmüddətli istehlakda zərərli hesab olunur.

Ekspertin tövsiyəsi: gündə 20-30 qram, tərkibi təmiz olan və ən azı 70% kakao tərkibli tünd şokolad istehlak etmək sağlamlıq baxımından daha uyğundur.

Tərcümə: Könül Oruc

E-saglam.az 

phrase_var_article.chosen
1
e-saglam.az

1phrase_var_article.sources