Fransa yığmasının 30 yaşlı qapıçısı Mik Menyan “Milan” klubunun kapitanı seçilib.
Operativ Media xəbər verir ki, bu haqda İtaliya klubunun baş məşqçisi Massimiliano Alleqri bildirib.
Fransalı qapıçı son 64 ildə “Milan”ın ilk qeyri-italiyalı kapitanı olub. Bu statusa malik sonuncu futbolçu 1949–1961-ci illərdə komandaya kapitanlıq etmiş isveçli Nils Lidholm idi.
Qeyd edək ki, Menyan artıq ötən mövsümdə də kapitanlıq etmişdi. Komandanın əvvəlki kapitanları Davide Kalabria və Teo Hernandes bu yay klubu tərk ediblər.
Menyanın “Milan”la mövcud müqaviləsi gələn mövsümün sonuna qədər qüvvədədir.