İndoneziyanın Qərbi Sumatra əyalətində fəaliyyət göstərən Marapi vulkanı püskürüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Antara xəbər agentliyi məlumat yayıb.
Marapi müşahidə məntəqəsinin əməkdaşı Əhməd Rifandi, Marapi püskürməsinin kül sütunları zirvədən 1600 metr hündürlüyə və ya dəniz səviyyəsindən 4491 metr yüksəkliyə çatdığını deyib.
Püskürmə 1 dəqiqə 18 saniyə davam edib.
Məlumata görə, vulkanın yerləşdiyi ərazidə 2-ci dərəcəli təhlükə səviyyəsi qalmaqdadır. Yerli əhalinin dağa 3 kilometr məsafədən yaxınlaşmasına icazə verilmir.