Astrobioloq Barry DiGregorio xəbərdarlıq edir: NASA-nın Marsdan gətirəcəyi torpaq və daş nümunələri insanlıq üçün ölümcül nəticələr doğura bilər. Onun sözlərinə görə, bu nümunələr bilinməyən mikroorqanizmlər daşıya və Yer üzündə idarəolunmaz pandemiyaya səbəb ola bilər.
Bu barədə News24.az Milliyet-ə istinadən xəbər verir.
NASA-nın keçmiş mütəxəssisi Catharine Conley də qurumun sterilizasiya prosedurlarının yetərsiz olduğunu deyib. Bəzi ekspertlərə görə, bu risklər astronavtların canlı yayımda ölməsi kimi ssenarilərlə nəticələnə bilər. MSR layihəsi Trampın büdcə ixtisarları ilə dayandırılsa da, NASA bu nümunələri alternativ yollarla gətirməyi planlaşdırır.
Xeyrənsə Piriyeva