İyulun 23-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar prezident Vladimir Zelenski ilə Vladimir Putin arasında mümkün görüşə hazırlıq elementidir.
XəzərNews.az xəbər verir ki,bunu RİA Novosti- yə Putinin mətbuat katibi Dmitri Peskov deyib.
Kreml görüşün versiyaları Kiyev və Moskva tərəfindən hazırlanmış atəşkəs memorandumlarının təsdiqi ilə əlaqələndirir. Peskov hesab edir ki, Zelenski və Putin artıq hazırlanmış sənədlərlə görüşməlidirlər.
"Memorandumların razılaşdırılması üçün görülməli olan bütün işlər görüşə hazırlıqdır. Amma bu kompleks işi görmədən görüşləri təfərrüatlı şəkildə təyin etmək çətindir. Bu mürəkkəb və çox geniş iş ən yüksək səviyyədə həyata keçirilməli olacaq", - Rusiya prezidentinin mətbuat katibi bildirib.
Ukrayna və Rusiya Federasiyasının danışıqlar qrupları iyulun 23-də, saat 19:00-da başlaması planlaşdırılır.
DanışıqlarÇırağan sarayında baş tutacaq.
Danışıqların yeni raundunda Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov rəhbərlik edəcək. Onunla yanaşı, qrupa Ukrayna Xarici İşlər, Kəşfiyyat Nazirliyi və Prezident Aparatının nümayəndələri də daxil olacaq.
Rusiya qrupunun tərkibi dəyişməyib, ona Putinin köməkçisi Vladimir Medinski başçılıq edir.
Xəbər 1 dəfə oxunub.