“Portu” heyətini yeni oyunçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Portuqaliya klubu “Kopenhagen”dən Viktor Froholdtu heyətinə qatıb. “Portu” 20 milyon avro təzminat ödəyib.
19 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Gənc futbolçu ötən mövsüm 62 rəsmi matçda 8 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.