Almaniyada yaşayan milyonlarla insanı birbaşa maraqlandıran vacib qərar verilib. Artı49 saytının yaydığı məlumata görə, Almaniya hökuməti 2026-cı ilin yanvar ayından etibarən sosial yardım ödənişlərini artıq nəğd şəkildə deyil, yalnız bank hesablarına köçürəcək.
Hər kəs üçün bank hesabı MƏCBURİ olacaq!
"Bakuinfo" xəbər verir ki, bu dəyişiklik xüsusilə “Bürgergeld” (vətəndaşlıq pulu) alan təxminən 5,5 milyon insanı əhatə edir. Onların 1,6 milyonu hal-hazırda işləyən şəxslərdir. Yeni qaydalara əsasən, yardım almaq istəyən hər bir şəxs şəxsi bank hesabı açmalı olacaq. Bank hesabı olmayanlara yardım verilməyəcək.
Niyə bu addım atılır?
Yeni sistemlə nəğd pul paylanmasına son qoyulur. Ödənişlərin birbaşa bank hesabına köçürülməsi:
Fırıldaqçılıq riskini azaldacaq,
Bürokratik çətinlikləri aradan qaldıracaq,
Paylama xərclərini minimuma endirəcək.
Bu qərar Almaniyada sosial yardım sisteminin daha şəffaf və effektiv olmasını hədəfləyir.