ain.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyəli futbolçu Hakan Çalhanoğlunum gələcəyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Hakan karyerasını "İnter"də davam etdirəcək.
Bu barədə məlumatı futbolçunun meneceri Qordon Stipiç- Vipfler yayıb.
O, futbolçu ilə bağlı yayılan transfer xəbərlərini yalanlayıb.İddiaların əsassız olduğunu bildirib.
Hakanın gələn mövsüm də İtaliyada qalacağını bildirən menecer "Fənərbağça" və "Qalatasaray" ilə danışıq aparmadıqlarını qeyd edib.
Qeyd edək ki, Hakanın gələn mövsüm Türkiyədə çıxış edəcəyinə dair şaiələr yayılmışdı.
Kamil Xudiyev
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.