Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.