AZ

Dəmiryolu xətlərinin mühafizə zolağında mövcud olan tikililər təhlükə yaradır - ADY rəsmisi (FOTO)

Bakı.Trend:

Nərimanov rayonu ərazisində, Nərimanov-Böyükşor və Bakı sərnişindəmiryolu xətlərinin mühafizə zolağında mövcud olan tikililərtəhlükə yaradır. Ərazidə 161 qeyri-qanuni tikilmiş evmövcuddur.

Bunu Trend-əaçıqlamasında Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibiBəxtiyar Hacıyev bildirib.

O qeyd edib ki, qanunsuz tikililərlə bağlı cinayət işləri açılıbvə araşdırmalara başlanılıb.

"Ərazidə ümumilikdə 156 ailə, 543 nəfər yaşayır. Araşdırmalargöstərir ki, yaşayan şəxslər Azərbaycanın 40 şəhər və rayonunutəmsil edir. Onlardan yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir.Həmçinin 54 ailənin başqa ünvanlarda evləri var. 11 nəfər isəoradakı evini kirayəyə verib. Evlər sənədsiz və qeyri-qanunitikilib.

Bundan başqa, tikililər dəmir yolunun mühafizə zolağındayerləşir ki, bu, həm dəmiryolu nəqliyyatına ciddi problemləryaradır, həm də onların özləri üçün təhlükə mənbəyidir", – ADYrəsmisi əlavə edib.

Onun sözlərinə görə, son 3 ildə dəmiryolunun mühafizə zolağındayerləşən ərazilərdə çoxsaylı bədbaxt hadisələr baş verib:

"30-dan artıq adam həyatını itirib və ya ağır xəsarət alıb.Əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları daxil olabilmir. Bu da insanların həyat və sağlamlığı üçün ciddi təhlükəyaradır. Tikililər şəhərin ümumi görünüşünü pozmaqla yanaşı,ərazidə kommunal xidmətlər çox aşağı səviyyədədir və işin müvafiqqaydada təşkili mümkün deyil. Buna görə də antisanitariya mühitimövcuddur".

Dəmiryolu
Dəmiryolu
Dəmiryolu
Seçilən
41
1
az.trend.az

2Mənbələr