AZ

Attestasiyada uğursuz olan müəllimlərin staj bölgüsü AÇIQLANDI

Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Şirvan-Salyan və Mil-Muğanda attestasiya mərhələsində müsbət nəticə əldə etməyən pedaqoqların əmək təcrübəsi üzrə bölgü “Səriştələrin ölçülməsi: Peşəkar müəllim inkişafı” tədbiri çərçivəsində ictimaiyyətə təqdim olunub.

Demokrat.az
xəbər verir ki, statistikaya görə, 0-dan 10 ilə qədər iş stajına malik olan müəllimlərin sayı 27 nəfər təşkil edir və bu, ümumi göstəricinin 3 faizinə bərabərdir.

10–15 illik iş təcrübəsi olan müəllimlər 198 nəfərdir (25%), 15–20 il arası stajı olanlar isə 140 nəfər (17%) təşkil edir.

Bundan əlavə, 20–30 illik pedaqoji təcrübəyə sahib 258 nəfər (33%) müəllim mövcuddur. 30 ildən artıq stajı olan müəllimlərin sayı isə 173 nəfər və ya ümumi göstəricinin 22 faizidir.


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
55
demokrat.az

1Mənbələr