Yunanıstandakı Girit Adasının şimal-qərbində Egey Dənizində 5.1 bal gücündə zəlzələ baş verdiyi bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, Atina Geodinamik İnstitutunun məlumatlarına görə, Türkiyə saatı ilə (TSİ) saat 16:26-da baş verən 5.1 bal gücündəki zəlzələnin episentri, Girit Adasının şimal-qərbindəki Kiçik Çuha Adasından 21 kilometr məsafədə, dənizdə yerləşir.
Zəlzələ, yerin təxminən 58 kilometr dərinliyində baş verib.
Məryəm Quliyeva