AZ

"Mingəçevir" bu futbolçunu heyətdə saxlamaq qərarına gəldi

Yeni mövsümə 1-ci Liqa təmsilçisi "Mingəçevir"də başlayacaq futbolçulardan birinin kimliyi bəllidir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, əvvəlki 2 mövsümü də sözügedən komandada keçirmiş Xəyal Muradovdur. 

24 yaşlı müdafiəçi ilə başqa aşağı liqa klubları maraqlansalar da, o, karyerasını "Mingəçevir"də davam etdirməyə üstünlük verib.

Xatırladaq ki, "Mingəçevir" son mövsümdə 1-ci Liqadakı mübarizəni 4-cü yerdə başa vurub. Aran təmsilçisi mövsüm yekunlaşandan sonra baş məşqçisi Füzuli Məmmədovla yollarını ayırıb. Onun yerini Ramiz Məmmədov tutub. 

Mirağa 

Seçilən
48
1
fanat.az

2Mənbələr