AZ

Çalhanoğlu yeni mövsümə harada başlayacaq? - Meneceri açıqladı

Türkiyəli futbolçu Hakan Çalhanoğlunum gələcək taleyinə aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, o, karyerasını "İnter"də davam etdirəcək.

Son vəziyyəti futbolçunun meneceri Qordon Stipiç-Vipfler açıqlayıb. O, futbolçu ilə bağlı yayılan transfer xəbərlərini yalanlayıb, iddiaların əsassız olduğunu bildirib. Hakanın gələn mövsüm də İtaliyada qalacağını bildirən menecer "Fənərbağça" və "Qalatasaray" ilə danışıq aparmadıqlarını qeyd edib.

Qeyd edək ki, Hakanın gələn mövsüm Türkiyədə çıxış edəcəyinə dair şaiələr yayılmışdı.

Kamil Xudiyev

Seçilən
51
fanat.az

1Mənbələr