AZ

Tramp yenidən ticarət sövdələşməsinə başlayıb

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, digər ölkələr Amerika üçün bazarlarını sıfır tariflərlə açmağa razılaşsalar, o da ABŞ-ın tətbiq etdiyi tarifləri azaltmağa hazırdır.

KONKRET.az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə paylaşımında yazıb:
“Mən tarif məsələsində güzəştə getməyə həmişə hazıram – əgər əvəzində böyük ölkələr ABŞ üçün BAZARLARINI AÇMAĞA razılaşsalar. Bu, tariflərin əsl gücüdür. Onlarsız açıqlıq əldə etmək mümkünsüzdür! HƏR ZAMAN – AMERİKA ÜÇÜN SIFIR TARİFLƏR!!!”

Natiq Səlim,
KONKRET.az

Seçilən
41
1
konkret.az

2Mənbələr