AZ

"Su içə bilmirəm" deyirsinizsə, diyetoloq sağlam alternativ təklif edib

Yay aylarında orqanizmin suya ehtiyacı artır, lakin hər kəs gündəlik kifayət qədər su içə bilmir.

E-saglam.az xəbər verir ki, diyetoloq Uxia Rodriguez su içməkdə çətinlik çəkənlər üçün təbii və sağlam alternativlər təklif edib.

Onun sözlərinə görə, qarpız, qovun, çiyələk, balqabaq, pomidor və xiyar kimi meyvə və tərəvəzlərin tərkibi 90%-ə qədər sudan ibarətdir. Bu məhsullar orqanizmin maye balansını qorumağa kömək edir.

Bundan əlavə, bu meyvə və tərəvəzlərdə:

Həzmə kömək edən liflər

Antioksidanlar

Vitaminlər və minerallar mövcuddur.

Rodriguez qeyd edir ki, bu qidalar immuniteti və ürək-damar sistemini gücləndirir, dərinin vəziyyətini yaxşılaşdırır və oksidləşdirici stresslə mübarizə aparmağa kömək edir.

Su içmək çətin gəlirsə, bu sağlam məhsulları gündəlik rasiona daxil etmək faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 

phrase_var_article.chosen
1
e-saglam.az

1phrase_var_article.sources