AZ

Orxan Sadıqlının yerini bu qapıçı tutacaq

Mövsüm başa çatandan sonra 2-ci Liqa təmsilçisi "Şəmkir"i tərk edən qapıçı Orxan Sadıqlının yerini hansı qolkiperin tutacağı bəlli olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, Afiq Yusubovdur.

2024/2025 "futbol ili"ni 1-ci Liqa komandası "Mingəçevir"də keçirən Afiq artıq qərb təmsilçisi ilə razılığa gəlib. Tərəflərin yaxın vaxtlarda münasibətləri rəsmiləşdirəcəyi gözlənilir.

Xatırladaq ki, "Şəmkir"i Azərbaycan millisinin sabiq hücumçusu, gənc mütəxəssis Vüqar Nadirov çalışdırır. Komanda onun rəhbərliyi altında ötən mövsümü 50 xalla 5-ci yerdə başa vurub.

Nihat

Seçilən
71
1
fanat.az

2Mənbələr