
Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının üçüncü raundunda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini genişləndirib.
Yeniavaz.com xəbər verir ki, müvafiq sərəncam onun ofisinin saytında dərc olunub.
Zelenski ombudsmanın nümayəndəsini və Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının daha bir nümayəndəsini nümayəndə heyətinə əlavə edib.
Bununla da Ukrayna nümayəndə heyətinin tərkibi 12 nəfərdən 14 nəfərə çatıb.