AZ

"Sumqayıt" yeni transfer reallaşdırdı

"Sumqayıt" klubu daha bir futbolçunun keçidini gerçəkləşdirib.

Fanat.Az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Son mövsümü "Fakel" (Voronej, Rusiya) klubunda keçirmiş Rayan Senhaci ilə 2+1 illik müqavilə imzalanıb.

28 yaşlı əlcəzairli mərkəz müdafiəçisi "Sumqayıt"da "72" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Sumqayıt" buna qədər Pedru Pintu, Aleksa Yankoviç, Rauf Rüstəmli və Aleksandr Ramalinqomu heyətinə qatıb.

Seçilən
14
fanat.az

1Mənbələr