Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşacaq “Qarabağ” ciddi itki ilə üzləşib.
Bizim.Media xəbər verir ki, komandanın yarımmüdafiəçisi Marko Yankoviç zədələnib.
Yankoviçin cavab matçına qədər meydana qayıdacağı gözlənilir.
Qeyd edək ki, bu günkü oyunda “Qarabağ”ın digər futbolçusu Aleksey İsayev də iştirak etməyəcək. Hələ mövsümün sonunda ciddi zədə alan futbolçu hələ də bərpa prosesi keçir. Onun sentyabrın əvvəllərində yaşıl meydanlara qayıdacağı gözlənilir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta